Milli Xalça Muzeyində Zəfərə həsr olunan sərgi açılıb

Milli Xalça Muzeyində Zəfərə həsr olunan sərgi açılıb
31 oktyabr 2025
# 11:50

Azərbaycan Milli Xalça Muzeyində 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümünə həsr olunan “Sənət və silah: ənənəvi Azərbaycan silahları rəssamların gözü ilə” adlı sərgi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə 26 rəssam və heykəltəraşın müəllifi olduğu 30-a yaxın sənət əsəri nümayiş olunur. Mövzuya kompleks yanaşma prinsipi ilə hazırlanmış bu ilk genişmiqyaslı layihə çərçivəsində təqdim edilən əsərlərdə akademik və postmodernist yanaşmaların sintezi, həmçinin klassik miniatür irsinin təsiri duyulur.

Ekspozisiyada kolleksionerlər Yusif Bağırzadə və İlqar Həsənəlizadənin şəxsi kolleksiyalarından XVI–XIX əsrlərə aid nadir silah nümunələri də təqdim olunur. Bu eksponatlar arasında şahzadə Abbas Mirzə Qacar, Nəsrəddin şah Qacar, Səfəvi dövlətinin vilayətlərinin hakimlərindən birinə və Şəki xanına məxsus silahlar yer alır. Eyni zamanda Sultan Uzun Həsən və Şah İsmayıl Xətaiyə aid silahların, zülfüqar qılıncı və şaşkanın ənənəvi üsullarla hazırlanmış replikaları sərgilənir.

Qeyd edək ki, sərgi 16 noyabr 2025-ci il tarixinədək davam edəcək.

# 122 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər