Milli Teatr Günü ilə əlaqədar sərgi təqdim edildi

Milli Teatr Günü ilə əlaqədar sərgi təqdim edildi
9 mart 2024
# 11:00

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hər il martın 10-u ölkəmizdə Milli Teatr Günü kimi qeyd olunur.

Kulis.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları “10 Mart – Milli Teatr Günü” adlı virtual və eyniadlı ənənəvi sərgini istifadəçilərə təqdim edilib.

Sərgidə fotolar, mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur. Virtual sərgi ilə http://anl.az/el/vsb/10_Mart_Milli_Teatr_Gunu/index.htm linkindən tanış olmaq olar.

Qeyd edək ki, ənənəvi sərgi 1 həftə davam edəcək.

# 636 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #