Milli Muğam Müsabiqəsinin vaxtı açıqlandı

Milli Muğam Müsabiqəsinin vaxtı açıqlandı
12 aprel 2023
# 13:49

Milli Muğam Müsabiqəsinə qeydiyyat başa çatıb.

Kulis.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.

Qeyd olunub ki, martın 1-dən aprelin 10-dək aparılan qeydiyyatda yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar iştirak ediblər. Yarışmaya vəsiqə qazanan iştirakçılar aprelin 20-də elan ediləcək.

Yarışmanın I turu - 24-25 aprel

Yarışmanın II turu - 26-27 aprel

Xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər aprelin 27-də müəyyənləşəcək.

Yekun konsert – 30 aprel

Milli Muğam Müsabiqəsinin qalibləri ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.

# 811 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #