Milli Kitabxana “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı sərgi hazırlayıb

Milli Kitabxana “8 Mart – Beynəlxalq Qadınlar Günü”  adlı sərgi hazırlayıb
7 mart 2024
# 16:30

Azərbaycan Milli Kitabxanasının əməkdaşları “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı virtual sərgi, həmçinin eyniadlı ənənəvi kitab sərgisi hazırlayıb.

Kulis.az xəbər verir ki, virtual sərgidə tarixdə və müasir Azərbaycanın ictimai-siyasi həyatında iz qoymuş, əhəmiyyətli rol oynamış məşhur qadınlar, onların həyat və yaradıcılığına dair ədəbiyyat, qadınlar haqqında yazılmış kitablar, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr və fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/8_Mart_Beynelxalq_Qadinlar_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

# 656 dəfə oxunub

Müəllifin son yazıları

# # #