Mikelancelonun freskalarına qarşı vandalizm aktı

Mikelancelonun freskalarına qarşı vandalizm aktı
11 sentyabr 2025
# 14:40

Roma şəhərində evsiz bir qadın katolik bazilikasında vandalizm aktı törədib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 60 yaşlı qadın Santa-Mariya-delli-Andjeli-e-dei-Martiri kilsəsinə daxil olub, çantasından çirkab və zibil çıxararaq məşhur italyan heykəltəraş, Yüksək İntibah dövrü rəssamı Mikelancelo Buonarrotiyə aid freskaların üzərinə atıb.

Freskalar zərər görməyib, çünki qoruyucu örtük onları çirklənmədən qoruyub.

Qeyd edək ki, müqəddəs və dini məkanlara hörmətsizlikdə ittiham olunan qadın polis tərəfindən müəyyənləşdirilib.

# 102 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər