Mikayıl Müşfiq yaradıcılığı İsrailin ədəbiyyat jurnalında

Mikayıl Müşfiq yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
5 avqust 2024
# 18:46

İsrailin populyar “Artikl” ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin rus dilinə tərcümə edilmiş “Sevirəm”, “Yoldaş”, “Dilənçi” şeirlərini dərc edib.

Kulis.az xəbər verir ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin rus dilinə tərcümə müəllifi mərkəzin rus dili mütəxəssisi, tanınmış tərcüməçi Püstə Axundovadır.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “Artikl” ədəbiyyat jurnalı mütəmadi olaraq səhifələrində Stiven Ceyms Kennet, Corc Oruell, Yusteyn Qorder, Stiven Kovi kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

# 366 dəfə oxunub

Müəllifin son yazıları

# # #