Meyxanaçı Kərimin son vəziyyəti: "Ancaq nəfəsi gedib-gəlir"

Meyxanaçı Kərimin son vəziyyəti: "Ancaq nəfəsi gedib-gəlir"
27 may 2025
# 15:56

“Kərimin vəziyyəti heç yaxşı deyil. Nə otura bilir, nə qalxa bilir”.

Kulis.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında meyxanaçı Kərimin dostu Ağamirzə deyib.

“Ancaq nəfəsi gedib-gəlir. Danışa da bilmir. Həkimlər deyirlər ki, hələ bu cür qalıbsa, şükür edin”, - o əlavə edib.

Qeyd edək ki, meyxanaçı Kərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Üç dəfə insult keçirən meyxanaçı şəkər və təzyiq xəstəsidir.

# 510 dəfə oxunub

Müəllifin son yazıları

# # #