Meyxanaçı Kərim dəfn edildi

Meyxanaçı Kərim dəfn edildi
20 dekabr 2025
# 11:49

Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər.

Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib.

Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdən sonra yaşadığı mənzildə vəfat edib.

# 69 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər