Əməkdar artist Mətanət İsgəndərli qohumlarının Türkiyədə Kahramanmaraşda baş verən zəlzələdə həlak olduğunu deyib.
Kulis.az xəbər verir ki, müğənni bildirib ki, qızı Ülkərin ailə qurduğu Enginin xalası da zəlzələ olan bölgədə yaşayır:
"Qızlarının birinin 10, digərinin isə 12 yaşı var idi. İki uşaq da ölüb. Bircə oğul övladları qalıb. Ata, ana o qədər səbrlidirlər ki... Deyirlər, biz sevinirik ki, qızlarımın ikisi də bir yerdədirlər, darıxmayacaqlar. Gör, ana nə deyir. Onunla özünə toxtaxlıq verir. Özü də övladlarına necə bağlı ailə idi".