Messinin bu qolu sənət əsərinə çevrilir

Messinin bu qolu sənət əsərinə çevrilir
15 may 2025
# 11:00

Dünyaca məşhur futbolçu Lionel Messi bir xeyriyyə tədbiri üçün ən çox sevdiyi qolu seçəcək.

Kulis.az xəbər verir ki, seçilən qol məşhur rəssam Refik Anadol tərəfindən sənət əsərinə çevriləcək.

Karyerası boyu 800-dən çox qol vuran Messinin seçdiyi qol mayın 22-də "İnter Mayami CF" Fondunun rəsmi sosial media kanallarında açıqlanacaq.

Qeyd edək ki, fandreyzinq rekordlarını qırmağı hədəfləyən layihədən əldə olunan gəlir xeyriyyə məqsədlərinə, o cümlədən İnter Miami CF Foundation (IMCFF) və UNICEF tərəfindən Latın Amerikası və Karib hövzəsinin beş ölkəsində uşaqlar üçün həyata keçirilən təhsil proqramına yönəldiləcək.

# 89 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #