Məşhurların yanında dəfn olunmaq istəyənlər üçün püşkatma elan edilib

Məşhurların  yanında dəfn olunmaq istəyənlər üçün püşkatma elan edilib
10 noyabr 2025
# 10:25

Paris Bələdiyyəsi sakinlərə Jim Morrison, Oskar Vayld və Edit Piaf kimi əfsanəvi adların dəfn olunduğu məzarlıqlarda yer qazanmaq imkanı təqdim edib.

Kulis.az xəbər verir ki, yeni proqram çərçivəsində Per-Laşez, Monmartr və Monparnas kimi tarixi qəbiristanlıqlarda baxımsız qalmış 30 məzar bərpa edilərək püşkatma yolu ilə yeni sahiblərinə veriləcək.

Qaliblər məzarı altı ay ərzində orijinal üslubda bərpa etməli olacaqlar.

Hər bir məzarın ilkin qiyməti 4000 avrodur, əlavə olaraq dəfn yeri 10 ildən müddətsiz icarəyə qədər fərqli tariflərlə təqdim olunur.

Bələdiyyə bildirir ki, bu təşəbbüs həm şəhərlilərə dəfn imkanı yaratmaq, həm də tarixi məzarlıqları qorumaq məqsədi daşıyır.

Layihəyə maraq böyükdür – ilk 24 saatda 1000 nəfər müraciət edib.

Qeyd edək ki, qaliblərin adları 2026-cı ilin yanvarında açıqlanacaq.

# 93 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər