Məşhurların  iştirakı ilə “BUSINESS BRANDING NETWORK” keçiriləcək

Məşhurların  iştirakı ilə “BUSINESS BRANDING NETWORK” keçiriləcək
11 may 2022
# 17:40

“Uğurlu Addım“ Akademiyası və “Simurq by Maryam” təqdim edirlər

Kulis.az xəbər verir ki, “Hyatt Regency” hoteldə “Baku room”da 15 may saat 12:00-18:00 arası məşhurların iştirakı ilə “BUSINESS BRANDING NETWORK” keçiriləcək.

Netvorkun məqsədi psixoloqların, Life Coachların peşəsinin, sahibkarların, menecerlərin markalarının təbliğini və təkliflərini həm ölkədə, həm də dünyada tanıtmaqdır.

Netvorkun iştirakçıları tanınmış iş adamları, səlahiyyətli şəxslər və onların xanımları olacaq. Eləcə də netvorkda Avropadan, Türkiyədən tanınmış psixoloqlar, layf koçlar iştirak edəcək, psixoloqların, layf koçların özlərini təqdim etməsi və mövzu üzrə çıxışına yer veriləcək.

Sahibkarların, Markaların və Brendlərin özünü təqdimi üçün çıxış veriləcək.

Musiqili hissədə tanınmış müğənnilər iştirak edəcək.

# 1421 dəfə oxunub

Müəllifin son yazıları

# # #