İspan yazıçısı Fernando Sançez Draqo 86 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə EFE xəbər agentliyi məlumat yayıb .
Qeyd olunur ki, müəllifin ölümünə səbəb infarkt olub. Draqo Castilfrio de la Sierra şəhərindəki evində dünyasını dəyişib. Yazıçı huşsuz vəziyyətdə qonşular tərəfindən aşkar edilib və təcili yardım çağırılıb. O, xilasedicilər gələnə qədər dünyasını dəyişib.
Fernando Sançes Draqo 2 oktyabr 1936-cı ildə Madriddə anadan olub. Yaradıcılıq fəaliyyəti dövründə o, 45-dən çox əsər, o cümlədən bir çox avtobioqrafik roman və esselər yazıb. O, oxuculara daha çox “Ürək yolu” və “Paralel ölümlər” kimi əsərləri ilə tanınıb. 1992-ci ildə Draqo "Labirint sınağı" kitabına görə "İspan dilində ən yaxşı roman" nominasiyası üzrə Milli Planet Mükafatına layiq görülüb.