Məşhur “Woodstock” festivalının təşkilatçısı vəfat etdi

Mişel Lanq

Mişel Lanq

12 yanvar 2022
# 14:00

“Woodstock” musiqi və sənət festivalının yaradıcılarından olan Mişel Lanq 77 yaşında dünyasını dəyişib.

Kulis.az-ın türk mediasına istinadən verdiyi xəbərə görə,bu barədə Lanq ailəsinin vəkili Mişel Paqnotta xəbər verib. O bildirib ki, Lanq Nyu-Yorkdakı Memorial Sloan Kettering xəstəxanasında xərçəng xəstəliyindən vəfat edib.

Mişel Lanq 1969-cu ildə Artiy Kornfeld, Con Roberts və Joel Rosenman ilə birlikdə Vyetnam müharibəsi ərəfəsində “Üç gün sülh və musiqi” devizi ilə “Woodstock” festivalını keçirib. ABŞ tarixinin ən böyük festivalı kimi tarixdə qalan musiqi proqramında “Grateful Dead”, Janis Joplin, Cefferson Erplan, Cimi Hendrix və “The Who” kimi məşhurlar iştirak edib.

# 1520 dəfə oxunub

Müəllifin son yazıları

# # #