Məşhur ulduz “Oskar”da rekord qırdı

Məşhur ulduz “Oskar”da rekord qırdı
10 fevral 2022
# 12:40

“Maqbetin faciəsi” filmi ilə növbəti dəfə “Oskar”a namizəd göstərilən qaradərili aktyor Denzel Vaşinqton mükafat tarixində rekord qırdı.

Kulis.az türk mediasına istinadla xəbər verir ki, Denzel Vaşinqton “Ən yaxşı aktyor” nominasiyasında 10-cu dəfə namizəd göstərilib. “Oskar” tarixində ən çox bu nominasiyada namizəd göstərilən qaradərili aktyor kimi tarixə keçib.

Qeyd edək ki, Denzel Vaşinqton 1990-cı ildə və 2002-ci ildə “Ən yaxşı aktyor” seçilmişdi. Son 20 ildə isə namizədlər sırasında adı olsa da, mükafatı qazana bilməyib.

# 1357 dəfə oxunub

Müəllifin son yazıları

# # #