Məşhur serialın prodüseri Qəzzada vəfat etdi

Məşhur serialın prodüseri Qəzzada vəfat etdi
13 noyabr 2023
# 17:33

Netflix-də yayımlanan "Fauda" serialının prodüseri Matan Meirin Qəzzada HƏMAS ilə qarşıdurmada ölüb.

Kulis.az xəbər verir ki, bu barədə serialın rəsmi "X" hesabında qeyd olunub.

Meirin İsrailin 551-ci briqadasının 697-ci batalyonunda ehtiyatda olan zabit kimi xidmət edirmiş. Onun ölümü ilə bağlı təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, "Fauda" serialı İsrail Müdafiə Qüvvələrinin Mista'arvim bölməsinin komandiri Doron və komandasının hekayəsindən bəhs edir.

# 794 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #