Məşhur “The X-Files” serialının bəstəkarı Mark Snou 78 yaşında dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, Snow ABŞ-ın şimal-şərqində yerləşən Konnnektikut ştatındakı evində vəfat edib.
Televiziya dünyasında özünəməxsus yeri olan Mark Snou bir çox serial və film layihəsinə məxsusi atmosfer bəxş edən musiqiləri ilə tanınırdı.
Qeyd edək ki, “The X-Files” serialının 1996-cı ildə sinql olaraq buraxılan və beynəlxalq musiqi siyahılarına düşən mövzu musiqisindən əlavə Snou serialın 200-dən çox bölümünün və iki tammetrajlı filmin musiqilərini də bəstələyib.