Parisdə böyük sənət sərgisi vaxtından əvvəl bağlanır - Səbəb

Parisdə böyük sənət sərgisi vaxtından əvvəl bağlanır - Səbəb
23 oktyabr 2026
# 10:20

Dünyanın ən nüfuzlu müasir incəsənət tədbirlərindən sayılan "Art Basel Paris" sərgisi təhlükəsizlik narahatlıqları səbəbindən planlaşdırılandan iki gün əvvəl bağlanacaq.

Kulis.az xəbər verir ki, oktyabrın 25-dək davam etməsi nəzərdə tutulan sərgi bu gün, oktyabrın 23-də yerli vaxtla saat 19:00-da fəaliyyətini dayandıracaq.

Şənbə və bazar günləri üçün nəzərdə tutulan ictimai ziyarətlər ləğv edilib.

Təşkilatçılar qərarı Parisdə gözlənilən etiraz aksiyaları və mümkün qarşıdurmalarla əlaqələndiriblər. Grand Palais-də təşkil olunan tədbirə 41 ölkə və ərazidən 200-dən çox qalereyanın qatılması planlaşdırılırdı. Sərgi iştirakçıları üçün qərar ciddi maliyyə zərbəsi sayıla bilər: sənət bazarında əsas satışların mühüm hissəsi ənənəvi olaraq həftəsonuna təsadüf edir.

Təhlükəsizlik tədbirləri çərçivəsində eyni məkanda nümayiş olunan Pol Sezannın əsərləri də xüsusi diqqət mərkəzindədir.

# 97 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər