#

Marvel qəhrəmanları yenidən birlikdə

Marvel qəhrəmanları yenidən birlikdə
8 iyul 2024
# 18:21

İkili yeni Marvel filmi Deadpool & Wolverine-nin reklamını edərkən, Reynolds, Cekmanla super qəhrəman janrından fərqli bir film üzərində birlikdə işlədiklərini açıqlayıb.

Kulis az xəbər verir ki, Reynolds "Tezliklə etməyi düşündüyümüz bir şey var, biz bir yerdə uğurluyuq" deyə açıqlama verib.

Reynolds və Jackman üçüncü "Deadpool" filmində Marvel qəhrəmanlarını canlandırırlar. Filmdə ümumi düşməni məğlub etmək üçün zaman və məkanda səyahət edirlər.

İkili daha əvvəl Cekmanın 2009-cu ildə çəkdiyi "X-Men Origins: Wolverine" adlı müstəqil filmində mutant super qəhrəmanları birlikdə canlandırmışdı.

# 653 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #