Məşhur serial məhkəməlik oldu

Məşhur serial məhkəməlik oldu
4 mart 2022
# 11:30

"TV8"də yayımlanan və 61-ci bölümdə final edən “Kırmızı oda” serialının ssenarisinin oğurluq olduğu iddia olunub.

Kulis.az türk mediasına istinadla xəbər verir ki, psixoloq, yazar Gülseren Budayioğlunun qələmə aldığı kitab əsasında ekranlaşdırıldığı deyilən layihənin ssenarisində iranlı yazıçının kitabından da istifadə olunduğu ortaya çıxıb.

İranlı yazar Şahzadə N.İqual serialın 35-ci seriyasından yayımlanan Mitranın (ləqəbi Şehrazat) hekayəsinin öz həyatını qələmə aldığı 8 hissədən ibarət “Tehranın qırmızı sirenləri” kitabından götürüldüyünü iddia edib.

İqual "OGM Production", "Media Services Inc." və "TV8"ə qarşı serialın 35-36-37-38-39-40-41-42 bölümlərinə görə məhkəmədə iddia qaldırıb.

# 1228 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #