Məşhur sənətçinin şərəfinə xüsusi Barbi gəlinciyi hazırlandı

Məşhur sənətçinin şərəfinə xüsusi Barbi gəlinciyi hazırlandı
2 iyul 2026
# 15:30

Dünyaca məşhur oyuncaq istehsalçısı "Mattel", Qremmi mükafatlı amerikalı sənətçi Mayli Sayrusun şərəfinə xüsusi Barbi gəlinciyi hazırlayıb.

Kulis.az xəbər verir ki, dizayner Xavi Meabe tərəfindən böyük həssaslıqla hazırlanan bu gəlincik, müğənninin "Golden Burning Sun" adlı klipindəki dəri geyimli obrazını və əlindəki mikrofonu ilə onun musiqi irsini simvolizə edir.

Mayli Sayrus bu layihəni şəxsi arzusunun gerçəkləşməsi kimi qiymətləndirərək, gəlinciyin onun musiqiçi kimliyini mükəmməl şəkildə əks etdirdiyini bildirib.

Bununla da Sayrus; Meray Keri, Tina Törner və Ariana Qrande kimi özəl Barbi gəlinciyi istehsal olunan əfsanəvi sənətçilərin sırasına qoşulub.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər