Məşhur şairin vəziyyəti ağırdı

Məşhur şairin vəziyyəti ağırdı
5 iyun 2022
# 23:29

Nəğməkar-şair Cəlal Qurbanov at çaparkən itlərin hücumuna məruz qalıb.

Kulis.az xəbər verir ki, bu barədə ictimai fəal Hacı Nuran Hüseynov sosial şəbəkə hesabından paylaşım edib.

Hadisə səhər saatlarında Novxanı ərazisində baş verib.

Cəlal Qurbanov övladları ilə birgə at çaparkən 20-dən çox itin hücumuna məruz qalıb.

Şair hazırda paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.

# 2448 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #