Məşhur rok ifaçısı Merilin Manson 18 ildən sonra Türkiyədə konsert verəcək.
Kulis.az xəbər verir ki, rok ulduzu "Tanrı altında bir sui-qəsd" musiqi turu çərçivəsində 2025-ci il 3 sentyabr tarixində Türkiyədə pərəstişkarları ilə görüşəcək.
Merilin Manson 90-cı illərdən bəri 50 milyondan çox albom satışı, "Grammy" nominasiyası və saysız-hesabsız mükafatlarla rok musiqi dünyasında iz qoyub.
Qeyd edək ki, İstanbul konsertinin biletləri aprelin 21-də satışa çıxarılacaq.