Məşhur rok qrupu bütün mahnılarını sildi

Məşhur rok qrupu bütün mahnılarını sildi
12 mart 2022
# 14:00

İngilis rok qrupu “Pink Floyd” Rusiya və Belarusdakı musiqi serverlərindən bütün mahnılarını silməyə başlayıb.

Kulis.az türk mediasına istinadla xəbər verir ki, rok qrupu 1987-ci ildən bəri yazılmış bütün bəstələri müharibə səbəbiylə Rusiya və Belarusdakı ən tanınmış musiqi platformalarından silib.

Qeyd edək ki, dünyaca məşhur “Pink Floyd” 1965-ci ildə Riçard Rayt, Rocer Voters, Nik Meyson və Sid Barrett tərəfindən təsis edilib. 2015-ci ildə isə qrupun üzvləri gözlənilməyən anda qrupun fəaliyyətinə son qoyub.

# 1494 dəfə oxunub

Müəllifin son yazıları

# # #