Məşhur reperin qatili Salman Xanı hədələdi: “Onu mütləq öldürəcəyik"

Məşhur reperin qatili Salman Xanı hədələdi: “Onu mütləq öldürəcəyik"
27 iyun 2023
# 15:10

Mafiya başçısı Qoldi Brar televiziyaya verdiyi müsahibədə reper Sidhu Muz Valanı öldürdüyünü etiraf edib və aktyor Salman Xanı hədələyib.

Kulis.az xəbər verir ki, kanadalı qanqster Qoldi Brar “India Today”ə müsahibəsində hindistanlı reper Sidhu Muz Valanın qətlini təşkil etdiyini deyib.

İstintaqdan gizlənən Brarın sözlərinə görə, Sidhu Muz Vala "eqoist" olub.

Bundan əlavə, Brar Bollivud ulduzu Salman Xanı öldürməklə hədələyib: “Onu öldürəcəyik, mütləq öldürəcəyik. Şübhəsiz ki, Salman bizim hədəfimizdir”.

Qeyd edək ki, Muz Vala mahnılarında digər reperləri, siyasətçiləri kəskin tənqid edir, düşmənlərə qarşı odlu silahdan istifadəni təbliğ edirdi. O, 2022-ci ilin iyununda toyuna az qalmış güllələnib.

# 915 dəfə oxunub

Müəllifin son yazıları

# # #