Adını "Ye" olaraq dəyişdirən dünyaca məşhur milyarder reper Kanye Uest prodüser şirkəti tərəfindən məhkəməlik olub.
Kulis.az xəbər verir ki, Los-Ancelesdə yerləşən "Phantom labs" şirkəti müğənninin şöhrətindən və reputasiyasından yararlanaraq aralarındakı işbirliyindən istifadə etdiyini iddia edib. Belə ki, "Ye"ni onlara pul ödəməməkdə ittiham ediblər. Bu səbəbdən şirkət reperdən 7,1 milyon dollar təzminat tələb edir.
İddia olunur ki, şirkət ifaçının 2021-ci ilin dekabrında həmkarı Dreyklə çıxışı zamanı səhnəni onlar qurub. Bundan başqa, "Donda 2" albomu və ləğv edilmiş "2022 Coachella" üzərində əməkdaşlıq ediblər. Lakin, "Ye" çoxsaylı tələblərə baxmayaraq onlara ödəniş etməyib.