Amerikalı reper Yanq Dolf ABŞ-ın Memfis şəhərində güllələnib.
Kulis.azın xarici mediaya istinadən verdiyi xəbərə görə, qətlə şahid olan mağaza satıcılarının sözlərinə görə, musiqiçi yaxınlaşan avtomobildən atəşə tutulub.
Əsl adı Adolf Robert Tornton olan reper 1985-ci ildə Çikaqoda anadan olub. O, iki yaşında olarkən ailəsi Memfisə köçüb. Reper bir neçə uğurlu albomla tanınıb.
- Sayman Aruzun “Güney Azərbaycan ədəbiyyatı” məruzəsi – Mətn
- Robin Linç “Now Gallery”də debüt sərgisini açır
- Məhəmmədəli Qəribli: “Ana qatili”-Ən qısa hekayə
Xatırladaq ki, Yanq Dolfu bundan əvvəl də öldürməyə cəhd ediblər. O, 2017-ci ildə Los-Ancelesdəki mağazanın qarşısında güllələnib. Reper ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, bir neçə saatdan sonra həkimlər musiqiçinin sağ qalacağını bildiriblər.