Kanadalı reper Dreyk (əsl adı Aubrey Drake Graham) Argentinanın Qətərdə keçirilən Dünya Kubokunun finalında qalib gəlməsi ilə bağlı mərcdən 1 milyon dollar itirib.
Kulis.az xəbər verir ki, sənətçi oyunun əsas vaxtında Argentinanın məğlubiyyətinə mərc edib və ilk başda 2 milyon 750 min dollar qazana bilsə də, Argentina əlavə vaxtda penaltilər seriyasından sonra qalib gəlib .
Qeyd edək ki, Drake dünyanın ən yüksək maaşlı sənətçilərindən biri kimi tanınır.