Məşhur repçi İslamı qəbul etdiyini açıqladı

Məşhur repçi İslamı qəbul etdiyini açıqladı
7 fevral 2026
# 13:00

Britaniyalı məşhur repçi Sentral Si İslamı qəbul etdiyini açıqlayıb.

Kulis.az xəbər verir ki, o, sosial şəbəkələrdə paylaşdığı açıqlamada canlı yayım zamanı müsəlman olduğunu açıqlayıb.

“Kəlmeyi-Şəhadət oxudum, yeni adım var, indi müsəlmanam”, - o bildirib.

İzləyicilər repçiyə yeni ad da təklif ediblər. Şərhlərdə ən çox qeyd edilən ad “Yusif” olub.

Bəzi izləyicilər Sentral Sinin rəsmi olaraq yeni ad seçib-seçmədiyi ilə maraqlandıqlarını bildirərək, bu mövzuda əlavə açıqlama gözlədiklərini qeyd ediblər.

Sentral Si yeni adı ilə bağlı rəsmi təsdiq və ya əlavə məlumat verməyib.




# 70 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər