Məşhur rejissor xəstəlik şayiəsini təkzib etdi

Məşhur rejissor xəstəlik şayiəsini təkzib etdi
23 sentyabr 2024
# 18:39

Məşhur sovet və Rusiya cizgi film rejissoru Qarri Bardin haqqında çıxan xəstəlik şayiəsini təkzib edib.

Kulis.az xəbər verir ki, bu gün səhər 83 yaşlı rejissorun təcili surətdə reanimasiyaya salındığı xəbəri yayılmışdı.

"Yalandır! - Rejissor mediaya bildirib. - Adi yoxlama idi, bu qədər. Xahiş edirəm, ağlınıza gələni yazmayın. Haçan ölmək fikrinə düşsəm, birinci sizə zəng edib deyəcəyəm".

Qeyd edək ki, Qarri Bardin "Uçan gəmi", "Çəkməli pişik" və başqa məşhur cizgi filmlərinin rejissorudur.

# 74 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #