Məşhur rejissor xərçəngdən vəfat etdi

Məşhur rejissor xərçəngdən vəfat etdi
19 iyul 2023
# 13:10

Amerikalı rejissor Robert Liberman uzun müddət xərçənglə mübarizə apardıqdan sonra 75 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Kinematoqraf iyulun 1-də vəfat etsə də, xəbəri indi yayılıb.

O, iyirmidən çox "Clio" mükafatı və 1979-cu ildə reklamlar üçün ilk "DGA" mükafatını alıb.

Qeyd edək ki, Liberman məşhur "Fire in the Sky" və "D3: The Mighty Ducks" filmlərinin müəllifidir.

# 931 dəfə oxunub

Müəllifin son yazıları

# # #