Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi
7 iyul 2023
# 18:40

Rusiyalı rejissor və ssenarist Qriqori Lyubomirov 69 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Qriqori Petroviç Lyubomirov 22 noyabr 1953-cü ildə Leninqradda anadan olub. 1985-ci ildən kinematoqrafiya sahəsində çalışmağa başlayıb.

Lyubomirov bir çox sənədli filmlər çəkib. Sənətçi eyni zamanda "Kulagin və tərəfdaşları" serialının rejissoru və ideya müəllifi olub.

# 842 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #