Məşhur rejissor vəfat etdi

Hugh Hudson

Hugh Hudson

13 fevral 2023
# 12:30

Britaniyall rejissor Hugh Hudson 86 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, kinorejissor qısamüddətli xəstəlikdən sonra dünyasını dəyişib.

Hudsonun 1981-ci ildə çəkdiyi "Od Arabaları" dramı Ən Yaxşı Film, Ən Yaxşı Ssenari kateqoriyalarında Akademiya Mükafatını qazanıb. Film həmçinin Qızıl Qlobus Mükafatına, üç Britaniya BAFTA mükafatına və Kann Film Festivalında iki mükafata layiq görülüb.

Hugh Hudson 1936-cı ildə anadan olub. O, kino karyerasına Fransanın Paris şəhərində başlayıb. Kinorejissor həmçinin "Greystoke: The Legend of Tarzan", "Lord of the Apes", "Lumiere and Company", "My Merry Life" və digər filmləri ilə tanınır.

Hugh Hudson Dead: 'Chariots of Fire' Director Was 86 – The Hollywood  Reporter

# 1297 dəfə oxunub

Müəllifin son yazıları

# # #