Alman teatr rejissoru Yurgen Flimm vəfat edib.
Kulis.az xəbər verir ki, 81 yaşında dünyasını dəyişən rejissorun ölüm səbəbi hələ açıqlanmayıb.
Yurgen Flimm rejissorluq karyerasına 1968-ci ildə Münhendəki Kammerspiel kamera teatrında aktyor Fritz Kortner və rejissor Klaus Peymannın köməkçisi kimi təyin olunaraq başlayıb.
Flimm ümumilikdə səkkiz filmdə aktyor kimi çıxış edib və on filmin rejissoru olub.