Azərbaycanlı bəstəkar Elza Seyidcahan Qırğızıstan Bəstəkarlar İttifaqına üzv seçilib
Sənətçinin kulis.az-a verdiyi məlumata görə Qırğızıstan Bəstəkarlar İttifaqı idarə heyətinin bu ayın 17 də keçirilən iclasında Azərbaycanın Əməkdar artisti, bəstəkar və müğənni Elza Seyidcahan Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təqdimatı ilə qırğız musiqisinin inkişafındakı xidmətlərinə görə Qırğızıstan Bəstəkarlar İttifaqının üzvü seçiliİb.
Qırğızıstan Bəstəkarlar İttifaqının sədri, əməkdar mədəniyyət xadimi, Toktoqul adına Dövlət mükafatının laureatı Turdubek Çokiyev Elza Seyidcahanın həyatı və yaradıcılığı haqqında məlumat verib.
Turdubek Çokiyev Elza Seyidcahanın Qırğızıstanda keçirilən “Issık-Kul Musiqi Müsabiqəsi”nin qalibi olduğunu, TÜRKSOY-un xüsusi mükafatını qazandığını vurğulayıb. O deyib ki, Elza Seyidcahan Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun layihəsi ilə Leyla Əliyevanın sözlərinə yazılmış “İssık-Kul” mahnısını Sayman Aruzun tərcüməsində fars dilində ifa edib.
Bəstəkarlar İttifaqının sədri vurğulayıb ki, Elza Seyidcahan və Azərbaycandan gələn digər musiqiçilər bu il keçiriləcək "Issık-Kul- Türkün inci dünyası” festivalına qatılacaq. Festivalda Leyla Əliyevanın sözlərinə yazılmış “İssık Kul” mahnısı müxtəlif dövlətlərin ifaçıları tərəfindən 12 dildə təqdim ediləcək.