Məşhur rejissor göyərçinləri öldürməkdə ittiham olunur

Məşhur rejissor göyərçinləri öldürməkdə ittiham olunur
13 yanvar 2023
# 16:00

Amerikalı rejissor Maykl Bey 2018-ci ildə Netflix -in “The Phantom Six” filminin çəkiliş meydançasında göyərçin öldürməkdə ittiham olunur.

Kulis.az xəbər verir ki, İtalyan rəsmiləri quşlara zərər vermənin qanun pozuntusu hesab olunduğu Romada Beyin film çəkilişləri zamanı əraziyə gələn göyərçini öldürdüyünü bildiriblər.

Prokurorluq iddia edib ki, çəkiliş meydançasında olan hadisə şahidi şəkil çəkərək hüquq-mühafizə orqanlarına göndərib. Məlumata görə, kinorejissor işi bağlamaq üçün bir neçə dəfə cəhd etsə də, prokurorluq ittihamda israr edib.

Beyə cüzi cərimə ödəməklə məsələni həll etmək imkanı verilib. Lakin o, quşa zərər verməkdə təqsirli olmadığını deyərək bundan boyun qaçırıb.

İstehsalçı şirkət isə filmdə istifadə edilən bütün göyərçinlərin çəkiliş zamanı təhlükəsizliyinin təmin olunduğunu deyib.

# 954 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #