Məşhur rejissor: "Daha kinoteatra getmirəm..."

Məşhur rejissor:  "Daha kinoteatra getmirəm..."
9 iyun 2025
# 14:15

Beynəlxalq film festivallarının əsas mükafatına layiq görülmüş rejissor Martin Skorseze artıq kinoteatra getmədiyini açıqlayıb.

Kulis.az xəbər verir ki, axırıncı dəfə kinoteatrda “Çiçəkli ayın qatilləri” filmini izləyən rejissor tamaşaçıların davranışlarından narazıdır:

“Bir-birləriylə danışırlar, kiminsə telefonuna zəng gəlir. Fikrimi yayınır. Mənə elə gəlir ki, film izləmək qabilliyyəti hamıda olmur”.

82 yaşlı rejissor hələ təqaüdə çıxmaq fikrində deyil:

“Səhhətimdə problem yarandı, ancaq dua edirəm ki, yarımçıq işlərimi bitirməyə gücüm çatacaq…”

Qeyd edək ki, Skorseze Devid Qrannın “Mərc” romanı əsasında, İsa Məsih və Ruzvelt haqqında film çəkəcəyini demişdi.

# 65 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #