Məşhur qrup 36 ildən sonra ilk dəfə birlikdə çıxış etdi

Məşhur qrup 36 ildən sonra ilk dəfə birlikdə çıxış etdi
27 may 2022
# 18:20

İsveçin məşhur “ABBA” kvartetinin üzvləri 36 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıblar.

Kulis.az NTV-yə istinadla xəbər verir ki, konsertlər ABBA-nın 40 ildən sonra “Voyage” adlı ilk buraxılışına həsr olunub. “ABBA Voyage” şousu həftədə yeddi dəfə Olimpiya Parkında xüsusi olaraq tikilmiş “ABBA Arenada” nümayiş olunacaq.

Qeyd edək ki, konsertlərdə kvartet üzvlərinin özləri deyil, onların rəqəmsal avatarları səhnədə çıxış edəcək. Holoqramlar 1970-ci illərdəki “ABBA” üzvlərinə bənzəyəcək. Bir saat yarım davam edəcək konsert proqramına İsveç qrupunun 22 hiti daxil ediləcək.

# 1230 dəfə oxunub

Müəllifin son yazıları

# # #