Məşhur muzeyi partladıb soydular

Məşhur muzeyi partladıb soydular
27 yanvar 2025
# 18:33

Niderlandın Assen şəhərindəki Drense muzeyini partladıb soyublar.

Kulis.az xəbər verir ki, soyğunçular Dakiya krallığı dövründən qalma eksponatların əksər hissəsini, əsasən də, eramızdan 450 il əvvələ aid qızıl artefaktları oğurlayıb.

Həmçinin, muzeyin ən vacib eksponatı - bir kq. təmiz qızıldan hazırlanmış Kosofeneşti dəbilqəsi də oğurlananlar siyahısındadır. Həmin dəbilqə Rumıniyanın milli sərvəti hesab olunur və Niderlanda məhz bu sərgidə nümayiş etdirilmək üçün gətirilmişdi.

Qeyd edək ki, qarətçilər giriş qapısını partlatmaqla binaya daxil olublar. Hazırda bir neçə ölkənin hüquq-mühafizə orqanları qarətçilərin axtarışı ilə məşğuldur.

# 292 dəfə oxunub

Müəllifin son yazıları

# # #