Məşhur müğənninin konserti ləğv olundu

Məşhur müğənninin konserti ləğv olundu
6 oktyabr 2025
# 10:07

Britaniyalı sənətçi Robbi Uilyamsın oktyabrın 7-də Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan konserti valiliyinin qərarı ilə ləğv edilib.

Kulis.az xəbər verir ki, buna səbəb bəzi türk təşkilatlarının onun İsrailpərəst mövqeyindən narahat olmasıdır.

Uilyams isə həyat yoldaşı Ayda Fieldin türk əsilli olması səbəbindən İstanbula səfər etmək arzusunda olduğunu deyib.

Qeyd edək ki, konserti təşkil edən şirkət tamaşaçılara alınan biletlərin pulunu tam şəkildə qaytaracağına söz verib.

# 89 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər