Məşhur britaniyalı müğənni Robbi Uilyams ölkəsinin musiqi çartları tarixində mühüm nailiyyət əldə edib.
Kulis.az xəbər verir ki, yanvarın 23-də təqdim olunan “BRITPOP” adlı yeni albom qısa zamanda böyük maraq görərək milli hit-paradların lideri olub.
Bununla da Robbi Uilyams solo karyerası ərzində çartların zirvəsinə yüksələn 16-cı albomuna imza atıb və bu göstərici ilə əfsanəvi “The Beatles” qrupunu geridə qoyub.
Qeyd olunur ki, sənətçinin yalnız “Reality Killed The Video Star” albomu birinci pilləyə yüksələ bilməyərək ikinci yerdə qərarlaşıb.
Müğənni açıqlamasında uzun illərdir bu ruhda bir albom hazırlamaq istədiyini deyib və “BRITPOP”un qazandığı uğurun onun üçün xüsusi dəyər daşıdığını vurğulayıb.