Məşhur müğənnidən təbii fəlakətdə zərərçəkənlərə böyük yardım

Məşhur müğənnidən təbii fəlakətdə zərərçəkənlərə böyük yardım
18 avqust 2026
# 12:45

Kolombiyalı məşhur müğənni Şakira avqustun 10-da ölkədə baş verən dağıdıcı zəlzələdən zərər çəkən Çoko Texnologiya Universitetinin və 10-a yaxın təhsil müəssisəsinin bərpası üçün 1 milyon dollar dəyərində vəsait toplayacağını elan edib.

Kulis.az xəbər verir ki, yardım birbaşa sənətçinin özü tərəfindən həyata keçirilməyəcək.

Belə ki, Şakiranın təşəbbüsü ilə tərəfdaşlıq etdiyi "Global Citizen" xeyriyyə təşkilatı (500 min dollar) və "Live Nation" şirkəti (500 min dollar) vasitəsilə ayrılacaq.

Müğənni zəlzələnin fəsadlarını yerində qiymətləndirmək üçün Çokonun mərkəzi Kibdo şəhərinə səfər edib.

Xatırladaq ki, Mərkəzi San Xose del Palmarda baş verən təbii fəlakət nəticəsində son məlumatlara görə 287 nəfər həlak olub, 4 min 147 nəfər xəsarət alıb, 194 nəfər isə itkin düşüb.

# 103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər