Məşhur müğənni özünə qəsd etdi

Məşhur müğənni  özünə qəsd etdi
6 iyul 2023
# 11:54

Honq-Konq əsilli amerikalı müğənni bəstəkar, aktrisa Koko Li 49 yaşında intihar edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, uzun müddət depressiyada olan ifaçının son bir neçə ayda vəziyyəti daha da pisləşib. Həkimlər ona kömək edə bilməyiblər. Nəticədə, Koko Li intihar etmək qərarına gəlib.

Koko Li 17 yanvar 1975-ci ildə Honq-Konqda anadan olub. 9 yaşından ABŞ-də yaşayıb, orta məktəbi orada bitirib. 1994-cü ildə Çin dilində ilk solo albomlarını buraxıb. 1990-cı ildə onun ilk ingiliscə albomu olan "Just No Other Way" çıxıb.

Sənətçinin "Sunny Day" adlı albomundan olan "Colours of the World" adlı pop kompozisiya Fransada Dünya Kubokunun açılışında istifadə olunub. Koko çinli vokalçıların məşhurlaşmasında böyük rol oynayıb.

# 2549 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #