Məşhur ruminiyalı müğənni İnna Bakıda konsert verəcək.
Kulis.az xəbər verir ki, avqustun 19-da “Dalğa Beach Aquapark Resort”da dünyaca məşhur rumıniyalı müğənni İnnanın konserti olacaq.
Sevilən müğənni gözəl səsi, hərarətli səhnə performansı və milyonların qəlbini fəth etmiş hitləri ilə pərəstişkarları qarşısına çıxacaq.
- Rəşid Behbudovun həyat yoldaşı vəfat edib
- "Real Boys" serialının aktyoru cərrahiyyə masasında öldü
- Çingiz Abdullayev: "Kişi kişi olmalıdır"
Qeyd edək ki, 1986-cı ildə Rumıniyanın Manqaliya şəhərində anadan olan Yelena Aleksandra Apostolyanu (İnna) musiqi karyerasına 2008-ci ildən etibarən başlayıb. Onun ilk sinqlı olan “Hot” mahnısı bir çox hit-paradlarda uğur qazanıb. 2009-cu ildə Polşada “Ən yaxşı sinql” və “Ən yaxşı ifaçı” kateqoriyasında “Eska Music Awards” nominasiyasına layiq görülüb. Ardınca ifaçı uğurla bir neçə albom və sinql çıxarıb. 2012-ci ildə ərsəyə gətirdiyi “Sun is Up” mahnısı “Eurodanceweb Award 2010” mükafatlandırma mərasimində “Ən yaxşı rəqs musiqisi” kateqoriyasına layiq görülüb. Müğənninin ifa etdiyi kompozisiyalar hər zaman sevilərək dinlənilib.