Məşhur Livanlı rəssam vəfat etdi

Məşhur Livanlı rəssam  vəfat etdi
26 iyul 2025
# 14:20

Livanın dünya şöhrətli rəssamı, tanınmış musiqiçi və bəstəkar Ziyad Rəhbani 69 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, Rəhbani Livan musiqi və siyasi-satirik teatrının ən önəmli yenilikçilərindən biri hesab olunurdu.

O, sənət karyerasına 1970-ci illərin əvvəllərində ilk məşhur “Səhriyə” (“Axşam məclisi”) tamaşası ilə başlayıb, daha sonra anası Fəyruz üçün “Kıfak İnta” və “Bala Vala Şi” kimi mahnılar yazıb bəstələyib.

Sənətçi “Nazl Al-Sourour”, “A Long American Film” və “Bema İnno” kimi pyeslərdə ifadə olunan kəskin sosial və siyasi tənqidi ilə məşhur idi.

Qeyd edək ki, o, həmçinin şərq musiqisini caz və klassik əsərlərlə birləşdirməsi ilə tanınıb.

# 124 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #