Məşhur kinematoqraf vəfat etdi

Məşhur kinematoqraf vəfat etdi
27 yanvar 2023
# 11:30

Gürcüstan SSR xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, kinooperator Levan Paataşvili 97 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqının mətbuat xidməti məlumat yayıb. Sənətçinin ölüm səbəbləri hələ açıqlanmayıb.

Levan Paataşvili 1926-cı il martın 12-də Gürcüstanın Tbilisi şəhərində anadan olub. 1964-1980-ci illərdə "Mosfilm" kinostudiyasında çalışıb, "Əlvida", "Oğlanlar", "Qaç", "Aşiqlərin romantikası", "Sibiryada" kimi filmlər çəkib.

Filmlər kino tənqidçilər tərəfindən yüksək qiymətləndirilib və beynəlxalq kinofestivallarda mükafatlar alıb.

# 1544 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #