Kitab sərgisi

Məşhur italyan dizaynerin İstanbulda sərgisi açıldı

Məşhur italyan dizaynerin İstanbulda sərgisi açıldı
25 sentyabr 2025
# 12:00

İstanbuldakı Venesiya Sarayında “Kaftan. Siciliya və Türkiyə arasında Aralıq dənizi iplikləri” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə siciliyalı dizayner Elio Ferraronun 25 əsəri nümayiş olunub.

Osmanlı dövründən bəri həm geyim, həm də hakimiyyət, mənsubiyyət simvolu olan kaftan, zəngin işçilik və mədəni dəyəri ilə Aralıq dənizi bölgəsində ortaq irsin rəmzinə çevrilib.

İtaliyanın Türkiyədəki səfiri Corciyo Marrapodi tədbirdə italyan modasının dünyada yüksək nüfuzundan və Ferraronun yaradıcılığından danışdı.

Qeyd edək ki, tədbir İtaliya səfirliyi tərəfindən təşkil edilən “MeeTürkItaly” proqramı çərçivəsində reallaşıb.

# 52 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər