Məşhur gürcü şairin şeirləri Azərbaycan dilində çap olundu

Məşhur gürcü şairin  şeirləri Azərbaycan dilində çap olundu
22 sentyabr 2023
# 12:30

Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.

Kulis.az xəbər verir ki, kitaba şairin vətən, təbiət, həyat, ölüm, məhəbbət kimi mövzularda qələmə aldığı “Son nəfəsdə”, “Müqəddəs Nino”, “Tərbiyəçi” poemaları, “Çal saçlar”, “Sübh çağı”, “Coş, ey dəniz!”, “Arzu”, “Sirli namə” kimi şeirləri daxil edilib.

Qeyd edək ki, kitabdakı poema və şeirlərin tərcüməçisi şair-tərcüməçi İmir Məmmədli, redaktoru Şəfiqə Şəfadır.

# 1279 dəfə oxunub

Müəllifin son yazıları

# # #