Məşhur gürcü aktrisa vəfat etdi

Məşhur gürcü aktrisa vəfat etdi
9 yanvar 2023
# 16:00

Gürcüstanın əməkdar artisti aktrisa Lamzira Çxeidze 93 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, Çxeidzenin ölüm səbəbi hələ açıqlanmayıb.

Çxeidze 1952-ci ildən Tbilisin “Rustaveli” teatrının aktrisasıdır. O, 62 il teatr səhnəsində çalışıb.

Bundan başqa, aktrisa sovet dövründə çəkilmiş bir neçə gürcü filmində, xüsusən 1958-ci ildə “Manana” və 1967-ci ildə “Biri avtobusa gecikir” filmlərində rol alıb.

# 1604 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #