Məşhur "Tomb Raider: Lara Kroft 2" filminin istehsalı qeyri-müəyyən müddətə təxirə salınıb.
Kulis.az xəbər verir ki, ekran işində məşhur arxeoloq obrazını canlandıran Alisiya Vikander “Tomb Raider: Lara Croft 2” filmindən danışıb.
Aktrisanın sözlərinə görə, 2019-cu ildən hazırlanan film üzərində iş hələ ki, başlamayıb.
"Filmin heyəti olaraq biz bu layihə üzərində həvəslə işləmək əzmindəyik, lakin “MGM” şirkətindəki struktur və kadr dəyişiklikləri, eləcə də bir çox anlaşılmaz vəziyyətlərə görə layihə uzun müddətlik dayana bilər”, - deyə aktrisa bildirib.